Sənaye alpinizmi mövzusu üzrə ixtisasartırma kursu
Təlim hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.
Mövzular:
Hər il Hündürlükdə görülən işlərlə əlaqədar olaraq çoxlu sayda sənayedə insan həyatını itirir və yaxud da ciddi xəsarət alaraq ömürlük şikəst qalması ilə nəticələnir. Bu səbəbdən də təlimin keçirilməsi ilə bir çox təhlükəli davranışların qarşısı alına bilinər.
ArchiCO Academy Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları təlimini elan edir.
Təlimin məqsədi:
Qanunvercilik haqqında məlumatın verimləsi - “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbləri. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı.
Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;
Hündürlükdə işlərlə bağlı risklər, təhlükələr haqqında məlumatın verilməsi;
Hündürlükdə işlərlə bağlı yarana biləcək təhlükələrin azaldılması, qabaqlayıcı (önləyici) tədbirlərin görülməsi və nəzarət edilməsi metodlarının izah edilməsi;
Hündürlükdə işləri icra edən işçilərin təhlükəsizliyini təmin etmək üçün lazım olan minimum tələblərin izah olunması;
Hündürlükdə işləyən personalın təhlükəli davranışlarının qarşısının alınması.
Hündürlükdə işləyən personalın Fərdi Mühafizə Vasitələrinin (qoruyucu avadanlıqların) düzgün seçilməsi və istifadə qaydalarının örədilməsi;
Qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər haqqında məlumatın verilməsi;
Əlavə məlumat almaq istəyirsiniz və ya sualınız var?